2022-ci ilin 9 ayı ərzində 174 uşaq övladlığa verilib. Bu haqda oktyabrın 18-də APA-ya Sosial Xidmətlər Agentliyindən xəbər verilib.
Onlardan 90 nəfəri oğlan, 84 nəfəri isə qızdır.
Bu dövr ərzində övladlığagötürmə ilə bağlı 291 müraciət daxil olub ki, onlardan 128-nə tələblərə uyğun olmadığı üçün imtina verilib.