Bu ilin 9 ayı ərzində respublika ərazisində 47 partlayış hadisəsi baş verib. Bu barədə noyabrın 3-də Report-a FHN-dən bildirilib.
Qeyd edilib ki, bu da 2021-ci ilin 9 ayı ilə müqayisədə 10 hadisə və ya 18% azdır.
14 nəfər həlak olub, 84 nəfər xəsarət alıb və 2 nəfər xilas edilib.
Yanğına çıxışların sayı isə 14 369 olub. Ötən il bu rəqəm 13 010 idi.
Bu il 42 nəfər yanğınlarda həyatını itirib. Xəsarət alanların sayı 178-dir.