Bu il oktyabrın 1-nə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə kredit qalığı 858,4 milyon manat olan 5 035 müraciət üzrə 70,4 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib.
Bu barədə 21 oktyabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov Twitter hesabında paylaşım edib.
"5 009 kredit üzrə sahibkarlara 66,6 milyon manat faiz subsidiyası ödənişi həyata keçirilib", - nazir qeyd edib.
5.009 kredit üzrə #sahibkar-lara 66,6 mln. ₼ faiz #subsidiya-sı ödənilib.
2/2#EconomyAz pic.twitter.com/GfVjiDygCU
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 21, 2022