Bu il uşaqlara ən çox verilən adlar məlum olub.
İnsanoid.com Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu il ötən illərdən fərqli olaraq ad sıralamalarında dəyişiklik olub.
Belə ki, hər il oğlanlara verilən adlarda dini adlar ilk yerdə idisə, bu il daha çox Uğur adına üstünlük verilib.
Ötən illərdə qızlara daha çox Zəhra adına rast gəlinirdi, bu il isə Nilay adı siyahıya başçılıq edir.