Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əkbərov vəzifəsindən azad edilib.
Qaynarinfo.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov müvafiq Əmr imzalayıb.
Ravil Qənbərov bundan əvvəl xəstəxananın bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzinin rəhbəri olub.
Qeyd edək ki, vəzifədən azad olunan R.Əkbərov 2014-cü ildən Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru idi, eyni zamanda baş həkim vəzifəsini icra edirdi.