30 aprel və 1 may tarixlərində 9 illik orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarının nəticələri elan edilib. Bu barədə mayın 26-da Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Şagirdlər keçidə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə cavablarını öyrənə bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.
Eyni zamanda, nəticələri buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.
İştirakı nəzərdə tutulan 44 142 nəfərdən 520 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 3 nəfərin nəticəsi ləğv olunub.