Buzovna sakinləri dənizkənarı qayaların məhv edilməsindən narahatdırlar. Bu barədə iyunun 12-də onlar YouTube-da video paylaşaraq Prezidentə müraciət ediblər.
Bildirilib ki, müxtəlif şəxslər tərəfindən qayalıqlar qanunsuz məhv edilir, yerində yeni tikililər inşa olunur.
Bununla bağlı Buzovna qəsəbəsinin bir qrup sakini Prezidentə müraciət edib: “Dövlətin mülkiyyəti sayılan sahil zolağındakı qayalıqların azad olunması və dövlətin mühafizəsinə alınması üçün sərəncam verməyinizi xahiş edirik!”
Qeyd edilib ki, daha öncə Xəzər rayon İcra Hakimiyyətinə rəsmi müraciət olunub. Lakin hələ də heç bir cavab gəlməyib.
Video: YouTube BuzovnaTV