Cəfər Cabbarlının ev-muzeyinin dam örtüyündə aparılan bərpa işləri başa çatdırılıb. Bu barədə 16 yanvar tarixində Mədəniyyət Nazirliyi məlumat verib.
Məlumata əsasən, muzeyin binasının dam örtüyündə aparılan bərpa işləri yanvarın 15-də başa çatdırılıb.
Qeyd edək ki, yanvarın 13-də günün ikinci yarısında güclü külək Xızı rayonunda Cəfər Cabbarlının ev-muzeyinin dam örtüyünün bir hissəsini uçurtmuş, həmçinin muzeyin binasını elektrik enerjisi ilə təmin edən xətləri sıradan çıxarmışdı.