Cəlilabadda beş gün öncə döyülən şəxs evində vəfat edib. Bu haqda iyunun 4-də Report məlumat verib.
Hadisə Şıxlar kəndində baş verib. 1955-ci il təvəllüdlü Tasin Quliyev bir və ya bir neçə şəxs tərəfindən döyülüb. Ona xəstəxanada tibbi yardım göstərilib, daha sonda o, evə buraxılıb. Beş gün sonra isə zərərçəkmiş evində vəfat edib.
Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.