Cəlilabadda 15 yaşlı qız dəm qazından boğulub. Bu barədə 9 yanvar tarixində Report məlumat verib.
Hadisə Cəlilabad şəhərinin V.Mürsəlov küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Şəhər sakini, 2008-ci il təvəllüdlü N.Məmmədova dəm qazından zəhərlənib. Xəstəxanaya çatdırılsa da, onun artıq öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.