Cəlilabadda avtomobil 8 yaşlı uşağı vuraraq komaya salıb. Bu barədə 11 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayondan keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili 2014-cü il təvəllüdlü üşağı vurub. Yaralı uşaq xəstəxanaya çatdırılıb. Ona açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, ənsə kəllə əsası sınıqları, çanaq tamlığının pozulması ilə olan çoxsaylı sınıqlar diaqnozu qoyulub.
Xəsarət alan uşaq travmatik şokun 3-cü dərəcəsindədir.
Faktla bağlı araşdırma aparılır.