Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə iyunun 29-da APA məlumat yayıb.
Hadisə Göytəpə şəhərində qeydə alınıb. “VAZ-2107” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində bir sərnişin ölüb. Xəsarət alan sürücülər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.