Cəlilabadda çardaq maşının üstünə aşıb. Bu barədə İnsanoid Apa-ya istinadən bu gün, 12 yanvar tarixində xəbər verir.
Yağan güclü qar səbəbindən şəhər sakini Saməddin Muradova məxsus evin çardağı aşıb. Qar kütləsinin ağırlığından aşan çardaq ev sahibinə məxsus maşının üstünə düşüb.
Hadisə zamanı xəsarət alan olmayıb. Fəsadların aradan qaldırılması üçün tədbirlər görülür.