Cəlilabadda məktəblinin ölümünə görə “Azərişıq”ın əməkdaşı məsuliyyətə cəlb edilib. Bu barədə mayın 23-də Baş Prokurorluq məlumat yayıb.
Fevralın 8-də rayonun Ocaqlı kənd 1 nömrəli tam orta məktəbinin 1-ci sinif şagirdi Hüseyn Zeynalovu məktəbin həyətində elektrik cərəyanı vurub. Nəticədə məktəbli ölüb.
İstintaqla qurumda usta vəzifəsində işləyən Telman Əhmədov təqsirkar bilinib. O, öz xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən Hüseyn Zeynalovu elektrik cərəyanı vurub.
Cinayət işi baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.