Cəlilabad rayonunda yanğın baş verib. Bu haqda iyunun 3-də Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.
İnsident Günəşli kəndində qeydə alınıb. İkimərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər alovdan mühafizə olunub.
Yanğının söndürüldüyü bildirilir.