Cəlilabad rayonunda yol qəzası baş verib. Bu barədə 18 oktyabr tarixində Report məlumat verib.
Hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb. "VAZ 2107" və "VAZ 2106" markalı minik avtomobilləri toqquşub. Nəticədə bir nəfər hadisə yerində ölüb, üç nəfər isə yaralanıb.
Yaralılar xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.