Altıağacda yerləşən “Cənnət bağı” istirahət mərkəzində vəhşi heyvanlar anti-sanitar şəraitdə saxlanılır. Bu barədə iyunun 1-də Oxu.az məlumat yayıb.
Bildirilib ki, vəhşi heyvanların saxlanıldığı qəfəs baxımsız vəziyyətdə, zibilin, çirkabın içindədir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, sözügedən istirahət mərkəzinin zooloji kolleksiya üçün şəhadətnaməsi var: “2021-ci ildə əraziyə baxış keçirilib və heyvanların saxlanılması şəraitinin yaxşılaşdırılması ilə bağlı akt tərtib olunub”.