Mayın 14-də xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub. Bu barədə XİN məlumat yayıb.
İki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi aparılıb.
Tərəflər, qarşılıqlı səfərlərin əlaqələrin inkişafına müsbət təkan verdiyini qeyd ediblər. Nazir Ceyhun Bayramov həmkarının İran İslam Respublikasına səfər dəvətini məmnunluqla qəbul edib və səfərin yaxın zamanlarda həyata keçiriləcəyini bildirib.