Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) yeni sədr müavini təyin edilib.
İnsanoid.com xəbər verir ki, bu barədə QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının bugünkü iclasında məlumat verib.
Onun sözlərinə görə, bu vəzifəyə Ceyhun Rüstəmov təyin olunub.
A.Paşazadə həmçinin QMİ-də daha bir müavinə ehtiyac olduğunu qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Əsasnaməsində dəyişiklik edilib.
Allahşükür Paşazadə Qazılar Şurasının bugünkü geniş iclasında qeyd edib ki, dəyişiklik dini ibadət yerlərinə din xadimlərinin təyin olunması səlahiyyətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi ilə əlaqədardır.