Dünən, mayın 22-də Champions Chess Tour turnirinin 4-cü mərhələsinin (Chessable Masters) son 3 turunun oyunları keçirilib.
Şəhriyar Məmmədyarov son 3 turda Cons, Giharro və Lirenlə heç-heçə edərək turnir cədvəlində 6-cı yerə yiyələnib və ¼ finala vəsiqə qazanıb. Bu gün start götürəcək növbəti mərhələdə onun rəqibi çinli Dinq Liren olacaq. Bu mərhələdə Şəhriyar rəqibi ilə 4 blits oyunu keçirəcək. Heç-heçə olduqda aralarında 2 rapid oyunu və armageddon keçiriləcək.
Qeyd edək ki, turnir mayın 26-dək davam edəcək. Yarışın mükafat fondu 150 min dollar təşkil edir.