Dünən, mayın 22-də Champions Chess Tour turnirinin 4-cü mərhələsinin (Chessable Masters) ¼ finalının oyunları keçirilib.
Şəhriyar Məmmədyarov çinli şahmatçı Dinq Lirenə 1,5:2,5 hesabı ilə məğlub olub. İlk 2 rapid oyununda məğlub olan Şəhriyar 3-cü oyunda qələbə qazanaraq hesab arasında fərqi azalda bilib. Lakin 4-cü oyunda heç-heçə qeydə alınıb və ümumi hesabda çinli idmançı üstün olub. Beləliklə, şahmatçımız turnirlə vidalaşıb. Yarımfinalda Giri ilə Pranyanandha və Lirenlə Karlsen qarşılaşacaq.
Qeyd edək ki, turnir mayın 26-dək davam edəcək. Yarışın mükafat fondu 150 min dollar təşkil edir.