Dünən, mayın 20-də Champions Chess Tour turnirinin 4-cü mərhələsinin (Chessable Masters) 5-8-ci turlarının oyunları keçirilib.
Şəhriyar Məmmədyarov 1 oyunda qələbə qazanıb, 3 oyun isə heç-heçə ilə nəticələnib. Şəhriyar ilk qələbəsini Sem Şenklend üzərində qazanıb. Vey Yi, Vidit Guyrathi və Aniş Giri ilə oyunlarda isə heç-heçə qeydə alınıb. Beləliklə, 8 turdan sonra şahmatçımız 9 xalla 10-cu yerdə qərarlaşıb. Bu gün Şəhriyar Aryan Tari, Nils Grandelius, Pranyanandha və Pentala Xarikrişna ilə qarşılaşacaq.
Qeyd edək ki, turnir mayın 26-dək davam edəcək. Yarışın mükafat fondu 150 min dollar təşkil edir. Turnirdə qələbəyə görə 3, heç-heçəyə görə isə 1 xal verilir.