İyulun 1-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 45-nin açılması təmin olunub. Bu barədə 1 iyul tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 4 fakt müəyyən edilib.
Qeyd olunub ki, cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.