Son bir həftə ərzində 100-ə yaxın şəhid ailəsi və qazi özünüməşğulluq proqramı üzrə mal və materiallar formasında aktivlərlə təmin edilib. Bu barədə 24 may tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, bu aktivlər hesabına onlar kənd təsərrüfatı və istehsal-xidmət sahələri üzrə kiçik bizneslərini yaradıblar.
Qeyd edək ki, proqrama cəlb olunan şəxslər üçün əvvəlcə kiçik biznesin təşkili və idarə olunması üzrə təlimlər təşkil olunur.