Daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 42-yə çatıb. Bu barədə 23 may tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat verib.
Bildirilib ki, “Startap” şəhadətnamələri "E-legal" MMC-nin hüquq məsləhət xidmətlərinin onlayn təşkili, "Psixosən" MMC-nin psixoloq xidmətlərinin onlayn təşkili üzrə vasitəçilik xidməti və fərdi sahibkar Cavad İbrahimlinin kənd təsərrüfatı məhsullarının onlayn satış platforması layihələri üçün təqdim edilib.
Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
“Startap” şəhadətnaməsi üçün müraciət etmək istəyən sahibkarlar daha ətraflı məlumatla linkə keçid edərək tanış ola bilərlər.