Daha 56 işsiz şəxs peşə hazırlığına cəlb edilib. Bu haqda iyunun 21-də Dövlət Məşğulluq Agentliyi məlumat verib.
Onlara "aşpaz", "qeydiyyatçı" və "ofisiant" peşələri üzrə həm nəzəri, həm də praktiki biliklər tədris ediləcək. Kursu müvəffəqiyyətlə bitirənlər "İsmayıllı Basqal Resort & Spa" hotelində işlə təmin olunacaqlar.
Qeyd edək ki, müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd ödənilir.