Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-də əməliyyat keçirib. Bu barədə iyunun 21-də Qaynarinfo xəbər paylaşıb.
Məlumata görə, “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Fikrət Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir. Hazırda şirkətin bir sıra sahələri üzrə fəaliyyətə qadağa qoyulub.