Daşkəsənin Xoşbulaq kəndində 40 yaşlı kişini ildırım vuraraq öldürüb. Bu haqda iyunun 14-də Qafqazinfo xəbər paylaşıb.
Samux rayon sakini yaylaqda kənd təsərrüfatı ilə məşğul olarkən onun əlindəki aliminium bidona ildırım düşüb. O, ailə üzvlərinin gözü qarşısında hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.