Ötən gün Daşkəsən rayonunda leysan yağışları və çaylarda sel sularının çoxalması nəticəsində 4 körpü sökülərək dağılıb. Bu haqda iyunun 11-də APA məlumat yayıb.
Həmçinin yol, elektrik, rabitə təsərrüfatlarına, fərdi avtomobillərə, əhalinin kənd təsərrüfatına ciddi ziyan dəyib.
4 şəxsi avtomobili və 2 kəndlərarası işləyən avtobusu sel sularının axını aparıb. 4 kənddə elektrik enerjisi təchizatı tam yararsız vəziyyətə düşüb.