5 - 6 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasına 6 minə yaxın şagird müraciət edib. Bu haqda Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Apellyasiyaya müraciət edənlərdən 668 şagirdin cəmi 743 tapşırıq (bütün tapşırıqların 0,06%-i) üzrə qiymətində dəyişiklik edilib. Həmin dəyişikliklər artıq şagirdlərin imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb.
12 - 13 mart tarixində keçirilmiş imtahanlarla bağlı isə müraciətlərin təqribən 60%-dən çoxu araşdırılıb. Apellyasiya prosesinin yekunu ilə bağlı məlumat növbəti həftənin sonu veriləcək.