İyulun 6-da III ixtisas qrupu, iyulun 7-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında 32368 abituriyent iştirak edəcək. Bu haqda iyulun 4-də DİM məlumat yayıb.
İştirakçılar iyunun 29-dan etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.
III ixtisas qrupu üzrə keçiriləcək imtahanda 16626, iyulun 7-də II ixtisas qrupu üzrə keçiriləcək imtahanda isə 15742 nəfər imtahan verəcək.
35 nəfər fiziki məhdudiyyətli abituriyent üçün ayrıca zallar ayrılıb.