Ötən iki gün ərzində törədilən 99 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə mayın 30-da Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat yayıb.
Axtarışda olan 72 nəfər, cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 51, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.