Ötən gün ərzində törədilən 50 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə mayın 27-də Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat yayıb.
Axtarışda olan 84 nəfər, cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.