Ötən gün qeydə alınan 53 cinayətin açılması təmin edilib. Bu barədə iyulun 1-də Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat verib.
Axtarışda olan 81, cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 47, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.