Yanvarın 25-də ölkə ərazisində qeydə alınan 75 cinayətin açılması təmin olunub. Bu barədə 26 yanvar tarixində Daxil İşlər Nazirliyi məlumat verib.
Axtarışda olduğuna görə ümumilikdə 107, o cümlədən borclu şəxs qismində axtarışda olan 78 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.