Daxili İşlər Nazirliyi oktyabrın 18-də sosial media istifadəçilərinə müraciət edib.
Müraciətdə bildirilib ki:
- "Profilimə kim baxdı”, “gizli hesabları görmə” kimi vədlər verən proqramlardan istifadə etməyin;
- Naməlum linklərə daxil olmayın;
- İstifadəçi adı və şifrə tələb olunan bu tip tətbiqlərə məlumatlarınızı əlavə etməyin.
Bu tətbiqlərdən istifadə etmək profillərin oğurlanması ilə nəticələnə bilər.