Yaşayış sahəsində tir tüfəngindən istifadə etmək ağır fəsadlar yarada bilər. Bunu mayın 23-də DİN-in Mətbuat Xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev deyib.
Paytaxtın Xətai rayonunda bir nəfərin tir tüfəngindən atdığı qırma digər qonşunun pəncərəsini zədələyib. “Tir tüfəngi, yaxud idman silahı olan şəxslər bilməlidirlər ki, bu kateqoriyadan olan xüsusi vasitələrin yaşayış olan ərazilərdə istifadəsi qadağandır”, - deyə Elşad Hacıyev bildirib.
Bu neqativ hala görə xəsarətlə yanaşı, kimsə ondan stres keçirə, narahat ola, həyəcanlana bilər.