top
Dostumu görməyə getmişdim, qarşıma saçı ağarmış Rəşad Dağlı çıxdı...
08 may 2025, 04:13
- ↺ +

Dostumu görməyə getmişdim, qarşıma saçı ağarmış Rəşad Dağlı çıxdı...

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu günlərdə 11-ci “kolon”da cəza çəkən bir dostumu ziyarət etməyə getmişdim.

Orada təsadüfən qarşıma çıxan bir nəfər məni illər əvvələ - meyxana meydanlarının qızğın çağlarına apardı. Keçmişə səyahət etdirən adam Rəşad Dağlı idi.

Artıq iki ildir ki, buranın sakinidir o da. Səbəbi də hamıya məlumdur - meyxana aləminin tanınmış siması qonşusunu qətlə yetirdiyinə görə zindandadır. Ona 9 il 6 ay həbs cəzası kəsilib. Bir vaxtlar “40 yaşımda sənətdən gedəcəyəm” deyən meyxanaçının həmin yaşda həbsdə ola biləcəyi, bəlkə də, heç ağlının ucundan keçməmişdi.

Tanımaq çətin idi… Üstündən cəmi iki il yarım vaxt keçib, amma əvvəlki illərdə gördüyümüz Rəşaddan, demək olar, əsər-əlamət qalmayıb. Xeyli arıqlayıb, saçları daha da ağarıb. Susqun, ciddi... Əvvəlkindən bir az da çox.

- Şair, Allah qapını açsın!

- Çox sağ olun, Allah köməyiniz olsun!

Aramızda belə bir qısa dialoq keçdi. Yanına gələn vardı.

Məhkumlarla söhbətdə öyrəndim ki, Rəşad Dağlı cəzaçəkmə müəssisəsində idmana başlayıb, çəki itirməsinin səbəbi də bu imiş.

Deyirlər, çox adamla qaynayıb-qarışmır. Əsasən, kamerada olur. Sakit, tək…

Söhbət əsnasında soruşdum ki, Rəşadın yanına həmkarlarından ən çox kimlər gəlir? Dedilər ki, daha çox Orxan Lökbatanlı və Ruslan Müşfiqabad gəlir. Hə, bir də Mehman Əhmədli. Bu an xatırlayıram ki, məhkəmə dövründə də adıçəkilənlər hər prosesdə iştirak edirdilər.

“Bəs Balaəli?”, - deyə maraqlandım. Öyrəndim ki, Balaəli ilə Pərviz Bülbülə əvvəllər daha çox görünürdü. Ya da, bəlkə, mənim həmsöhbət olduğum məhkum onu əvvəllər daha tez-tez görürmüş.

“Zon”un divarları arasında təkcə şair Rəşad Dağlının adı hallanmır. Bura bir zamanlar kreslo sahibi olan məmurların da son dayanacağına çevrilib. Məsələn, bir vaxtlar tədbirlərdəki şeirləri, sonradan maralları ilə də məşhur olan Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov, Cəlilabadın keçmiş rəhbəri Namiq Zeynalov da indi eyni dəmir qapıların arxasında günlərini sayırlar. Həyatın enişli-yoxuşlu yolları onları da bura gətirib. 

Təəssüf ki, keçmiş vəzifə sahiblərinin “içəri”dəki həyatı ilə az da olsa, maraqlanmağa zamanım yetmədi…

Axşamüstü saat 5-dir, görüş vaxtı bitir. Dostumu, Rəşad Dağlını, səssiz həyatı orada qoyub çıxdım.

Çıxanda ürəyimdə də, dilimdə də eyni dua idi: “Allah hamınızın qapınızı açsın!

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Bu gün, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Bu gün, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Bu gün, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər