2022-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 26,7 min nəfər olub, onların da 28%-ni qadınlar təşkil edib. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 17 iyun tarixli hesabatında əks olunub.
Hesabata əsasən, dövlət qulluqçularının 7%-i 1 ilədək, 26%-i 5 ildən 10 ilədək, 27%-i isə 15 il və daha çox qulluq stajına malikdir.
Qeyd olunub ki, 2021-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 2020-ci ilə nisbətən 5% artaraq 1 274 manat təşkil edib.