Cari ilin ilk 5 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri proqnozla müqayisədə 7% artaraq 2,3 milyard manat təşkil edib. Bu barədə 16 iyun tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, Fondun xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 5% artaraq 2,2 milyard manata yaxın olub. Hesabat dövründə sosial sığorta daxilolmalarında da 10%-lik artım qeydə alınıb.