May ayının 26-da DSX-nin Horadiz sərhəd dəstəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş Şirəliyev Canmirzə Çingiz oğlu xidmət yerindən kənarda intihar edib.
Bu haqda Dövlət Sərhəd Xidməti məlumat verib. İlkin olaraq intiharın hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir.
Faktla əlaqədar araşdırma aparılır.