Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Nazirliyində əməliyyatı nəticəsində nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov və daha 12 nəfər saxlanılıb.
Bu barədə 1 noyabr tarixində AZfront Telegram kanalı məlumat verib.
İlkin Nəsibov 2020-ci ilin avqustunda o zaman mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun əmri ilə bu vəzifəyə təyin olunub.
Qeyd edək ki, daha öncə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin və Nazirliyin Protokol Şöbəsinin rəisi Kamil Rzayevin saxlanıldığı barədə məlumat yayılmışdır.