top
Dünyaya yaxın olan, yaşamağın mümkün olduğu yeni planet kəşf edilib
24 fevral 2025, 10:34
- ↺ +

Dünyaya yaxın olan, yaşamağın mümkün olduğu yeni planet kəşf edilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Astronomlar Yerə nisbətən yaxın məsafədə yerləşən və yaşamağın mümkün olduğu şəraitə sahib ola biləcək yeni bir planet kəşf ediblər. Bu planetin adı “HD 20794 d”dir və onun kütləsi Yerinkindən təxminən altı dəfə çoxdur.

Euronews.com telekanalına istinadla xəbər verir ki, araşdırma “Astronomy & Astrophysics” elmi jurnalında nəşr edilib. Burada ən maraqlı xüsusiyyət planetin öz ulduzunun yaşamağın mümkün olduğu zonada yerləşməsidir. Yəni burada suyun mövcud olması mümkündür. Çünki bir planet ulduzuna çox yaxın olarsa, su buxarlanır, çox uzaqda olarsa, donur. “HD 20794 d” isə bu istilik balansını qoruma potensialına malikdir. Bu planet “82 G. Eridani” adlı bir ulduzun ətrafında dövr edir. Bu ulduz Günəşdən bir qədər kiçik, daha yaşlı və bir az daha sönükdür. Planetin ulduzuna olan məsafəsi eliptik orbitə görə dəyişdiyindən, bəzən daha isti, bəzən isə soyuq olur. Yəni, planetin ulduzuna ən uzaq nöqtədə olduğu zaman suyun donma ehtimalı var.

Alimlər bu planetin daha yaxından araşdırılmasının vacib olduğunu düşünürlər. Oksford Universitetinin astrofiziki Maykl Kretinyer bildirib ki, bu planetin həqiqətən varlığının təsdiqlənməsi onun üçün böyük bir sevinc olub. Üstəlik, dünyaya nisbətən yaxın olması sayəsində gələcəkdə daha ətraflı müşahidə aparmaq və hətta planetin fotoşəkillərini çəkmək mümkün ola bilər.

Tədqiqatçılar “HD 20794 d” planetinin atmosferində həyat əlamətləri axtarmağı planlaşdırırlar. Gələcək teleskop missiyaları və yeni texnologiyalar bu ekzoplanet barədə daha çox məlumat əldə etməyə kömək edə bilər.

Son xəbərlər

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
31 oktyabr 2026, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər