Suraxanıda, Hövsan-Zığ magistral yolunun kənarında yerləşən “Duzlu göl”də çimmək qadağan edilib. Bu haqda iyunun 15-də Baku TV Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımova istinadən məlumat paylaşıb.
Məlumata görə, gölə çirkab suları axıdılır. Bu səbəbdən ərazidə antisanitar vəziyyət müşahidə olunur.