Baş Dövlət Yol Polis İdarəsi (DYP) yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib. Bu haqda iyunun 27-də Report məlumat paylaşıb.
Qanunvericilikdə nəzərdə tutulmuş ölçü parametrlərinin aşılması və qablaşdırılmamış, xüsusilə tezalışan yük kateqoriyasına aid olan ot bağlamalarından ibarət yüklərin daşınması qayda pozuntusu hesab edilir. Bu pozuntu törədilmiş əməlin nəticəsindən asılı olaraq, inzibati və ya cinayət məsuliyyəti yaradır.
“DYP yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən yükdaşıma normalarına və təhlükəsizlik tədbirlərinə riayət olunmasını xahiş edir", - deyə bildirilir.