top
Əkizlər və oxşar adamlar “Face ID”ni aldada bilər? – MÜTƏXƏSSİS AÇIQLADI
10 aprel 2025, 02:07
- ↺ +

Əkizlər və oxşar adamlar “Face ID”ni aldada bilər? – MÜTƏXƏSSİS AÇIQLADI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Face ID” (üz tanıma) funksiyası iphone X-ın yaranması ilə təşəkkül tapdı. Üzün tanınma texnologiyası cihazların kilidini açmaq, proqramlara daxil olmaq, satınalmaların doğruluğunu yoxlamaq və s. üçün daha təhlükəsiz və rahat üsul təklif etdi.

“Apple” özü “Face ID” texnologiyasını təqdim edəndə qeyd etmişdi ki, bu sistem "insan üzünün 3D xəritəsini çıxararaq" təhlükəsizlik təmin edir və adi fotolarla aldadılması mümkün deyil. Ancaq eyni genetik koda sahib olan monozigot əkizlərin üz quruluşları demək olar ki, tam eyni olduğu üçün “Face ID” bu fərqi ayırd etməkdə çətinlik çəkə bilər.

Apple bu barədə öz saytında belə qeyd edir:

“Statistik olaraq, “Face ID”nin səhv tanıma ehtimalı 1/1.000.000-dır. Ancaq eyni genetik materiala sahib əkizlər üçün bu ehtimal daha yüksək ola bilər.”

İddialara görə, xüsusən monozigot (eyni yumurta) əkizlər üçün “Face ID” bəzən səhvən tanıma edə bilər.

Texnoloq Elvin Həsənov İnsanoid.com-a verdiyi açıqlamasında deyir ki, əkizlərin bir-birindən genetik və fiziki olaraq fərqliliyi çox minimal olur:

“Müasir smartfonlarda istifadə olunan “Face ID” texnologiyası insan üzünü tanımaq üçün sadəcə kamera görüntüsünə əsaslanmır, eyni zamanda dərinlik sensorları və infraqırmızı (IR) işıq texnologiyalarından da istifadə edir. Bu sistem istifadəçinin üz cizgilərinin 3D modelini yaradır və həmin model əsasında tanıma prosesi həyata keçirilir. Lakin əkizlərin bir-birindən genetik və fiziki olaraq fərqliliyi çox minimal olduğuna görə, “Face ID” texnologiyası bəzən bu iki şəxsi ayırd etməkdə çətinlik çəkə bilər. Çünki əkizlərin üz quruluşları, sümük strukturu, dəri səthindəki konturlar və digər əsas biometrik göstəricilər bir-birinə çox oxşardır. Bu səbəbdən də bəzi hallarda əkizlər bir-birinin smartfonuna “Face ID” ilə giriş əldə edə bilirlər. Bu düşüncə hətta bir sıra testlər və praktiki müşahidələrlə də sübut olunub”.

Onun sözlərinə görə, artıq bu sistem daha da təkmilləşərək mikro mimikaları qeydə alır:

“Təkmilləşdirilmiş “Face ID” sistemləri isə artıq mikro mimikalar, göz ətrafı əzələlərin formalaşması, baxış bucaqları və dəri toxumasındakı cüzi fərqləri analiz etməklə daha dəqiq tanıma təqdim etməyə çalışır. Bununla belə, texnologiya şirkətləri o cümlədən “Apple” öz rəsmi sənədlərində qeyd edirlər ki, əkizlər və çox bənzər ailə üzvləri arasında yanlış tanıma ehtimalı digər istifadəçilərə nisbətən daha yüksəkdir. Bu səbəbdən də yüksək təhlükəsizlik tələb olunan hallarda istifadəçilərə “Face ID” ilə yanaşı əlavə identifikasiya üsullarını- məsələn, şifrə və ya ikili autentifikasiya (2FA) tətbiq etmələri tövsiyə olunur”.

Fidan İlqar

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər