Ötən sutka ərzində 21 yanğına çıxış və 3 köməksiz vəziyyətdə qalma faktı üzrə xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə mayın 27-də Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Görülmüş tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi təmin edilib.
FHN-in qüvvələri tərəfindən 6 nəfər, o cümlədən paytaxtın Nərimanov rayonunda intihara cəhd edən 1 nəfər xilas edilib.