Ötən gün 24 yanğına çıxış və 9 köməksiz vəziyyətdə qalma faktı üzrə xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə mayın 18-də Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Yanğınların söndürülməsi təmin edilib. FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 15 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Həmçinin paytaxtın Yasamal rayonunda yaşayış binasında baş vermiş yanğın zamanı 72 yaşlı qadının meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.