Ötən gün 51 yanğına çıxış və 8 köməksiz vəziyyətdə qalma faktı üzrə xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə iyunun 27-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Görülmüş tədbirlər nəticəsində yanğınların söndürülməsi təmin edilib.
1-i azyaşlı olmaqla 8 nəfər, o cümlədən qeyri-çimərlik ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib.