Ötən sutka ərzində 14 yanğına çıxış, 5 köməksiz vəziyyətdə qalma və 2 intihara cəhd faktı üzrə xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə mayın 13-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Görülmüş tədbirlər nəticəsində yanğınların söndürülməsi təmin edilib. Ümumilikdə 3-ü azyaşlı olmaqla 6 nəfər, o cümlədən Səbail və Qaradağ rayonlarında intihar məqsədilə özünü dənizə atan 2 nəfər xilas edilib.
Həmçinin kanalda batmış 32 və 18 yaşlı şəxslərin meyitləri aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.